OFAC Serbiya NIS şirkətinə əməliyyat icazəsini uzadıb

OFAC Serbiya NIS şirkətinə əməliyyat icazəsini uzadıb

DÜNYA
333

Fins.az - ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) Serbiyanın NIS şirkətinə (Gazprom Neft tərkibindədir) əməliyyat fəaliyyətini davam etdirməsi üçün xüsusi lisenziyanı 60 gün müddətinə uzadıb.

Serbiya Energetika və Mədən Sənayesi naziri Dubravka Đedović-Handanovićin məlumatına görə, yeni icazə 16 iyun tarixinədək qüvvədə olacaq.

Əvvəlki lisenziyanın müddəti 17 apreldə başa çatmışdı.

Bildirilir ki, NIS şirkəti səhmlərin satışı ilə bağlı danışıqlar davam etdiyi müddətdə fəaliyyətini davam etdirmək üçün OFAC-a mütəmadi müraciət edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
OFAC Serbiya NIS şirkətinə əməliyyat icazəsini uzadıb — Fins.az — Fins.az