
NYT: ABŞ və İsrail İrana qarşı hücumları bərpa edə bilər
Fins.az - Amerika Birləşmiş Ştatları və İsrailın İrana qarşı hərbi əməliyyatları yenidən başlatmağa hazırlaşdığı bildirilir.
The New York Times-ın mənbələrə istinadən yaydığı məlumata görə, gələn həftənin əvvəlində İrana qarşı yeni hücumlar baş verə bilər.
Məlumata əsasən, Donald Trump administrasiyasındakı bəzi müşavirlər zərbələrin bərpası ilə bağlı planlar hazırlayıb, lakin Ağ Ev hələ yekun qərar qəbul etməyib.
Nəşr qeyd edir ki, müzakirə edilən variantlar arasında bombardmanın gücləndirilməsi və nüvə obyektlərinə qarşı xüsusi təyinatlı qüvvələrin cəlb olunması ilə yerüstü əməliyyat ehtimalı da var.