
Nvidia Corning ilə tərəfdaşlığa 500 milyon dollar sərmayə yatırır
Fins.az - Nvidia Corning ilə uzunmüddətli tərəfdaşlıq müqaviləsi imzaladığını açıqlayıb.
Razılaşma çərçivəsində Nvidia ABŞ-ın Şimali Karolina və Texas ştatlarında optik lif istehsalı üçün üç yeni zavodun tikintisinə 500 milyon dollar sərmayə yatıracaq. Bu zavodlar məlumat emalı mərkəzləri üçün vacib komponentlərin istehsalını təmin edəcək.
Layihə nəticəsində Corning-in ABŞ-da optik lif istehsal gücünün təxminən 1,5 dəfə artacağı gözlənilir.
Bundan əvvəl Meta şirkəti də Corning ilə uzunmüddətli müqavilə imzalayaraq 6 milyard dollara qədər məhsul alışı barədə razılığa gəlmişdi.
Xəbərin təsiri ilə Corning şirkətinin səhmləri birjada 18% artıb, ilin əvvəlindən isə şirkətin bazar dəyəri demək olar ki, iki dəfə artaraq 139,5 milyard dollara çatıb.