
Novak: BƏƏ-nin OPEC-dən çıxması suveren qərardır
Fins.az - Rusiya Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, Birləşmiş Ərəb Əmirlikləri-nin OPEC və OPEC+ alyansından çıxması ölkənin suveren qərarıdır.
Onun sözlərinə görə, hər bir dövlət öz strateji maraqları və inkişaf perspektivləri əsasında belə addımlar atmaq hüququna malikdir. Novak qeyd edib ki, BƏƏ-nin OPEC çərçivəsində təxminən 60 illik fəaliyyəti uzunmüddətli əməkdaşlığın göstəricisidir.
Rusiya tərəfi isə OPEC+ çərçivəsində əldə olunan razılaşmalara sadiq qaldığını bir daha vurğulayıb.