Norveçdə otel və restoran işçiləri tətilə başlayıb

Norveçdə otel və restoran işçiləri tətilə başlayıb

DÜNYA
417

Fins.az - Norveçdə otel və restoran sahəsində çalışan işçilər genişmiqyaslı tətilə başlayıblar.

Məlumata görə, “Fellesforbundet” və “Parat” həmkarlar ittifaqları ilə işəgötürənlərin “NHO Reiseliv” təşkilatı arasında aparılan danışıqlar nəticəsiz qalıb və razılaşma əldə edilməyib.

Nəticədə bu gün yerli vaxtla saat 12:00-dan etibarən 1922 işçi tətilə qoşulub. Aksiyanın Oslo və Bergen şəhərlərində 100-dən çox otel və restoranı əhatə etdiyi bildirilir.

Həmkarlar ittifaqları işçilərin yüksək yaşayış xərclərinə baxmayaraq aşağı əməkhaqqı aldığını bildirir və maaşların artırılmasını, həmçinin xəstəlik müavinətlərinin əvvəlcədən ödənilməsi mexanizminin tətbiqini tələb edir.

İşəgötürən tərəf isə bu tələblərin müəssisələr üçün əlavə yük yaratdığını və sosial ödənişlərin dövlət məsuliyyəti olduğunu vurğulayır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Norveçdə otel və restoran işçiləri tətilə başlayıb — Fins.az — Fins.az