Norveç və Kanada enerji böhranı fonunda neft hasilatını artırır

Norveç və Kanada enerji böhranı fonunda neft hasilatını artırır

DÜNYA
458

Fins.az - İranın Hörmüz boğazında gəmiçiliyə qoyduğu məhdudiyyətlər nəticəsində qlobal neft və qaz çatışmazlığı yaranıb. Bu fonunda Norveç və Kanada sabit enerji təchizatçıları kimi çıxış edərək hasilatı artırmağı planlaşdırır.

Kanadanın enerji naziri Tim Hocson ölkənin vəziyyətdən faydalanmağa və qlobal bazarı alternativ enerji mənbələri ilə təmin etməyə hazır olduğunu bildirib. O vurğulayıb ki, enerji təhlükəsizliyi bu gün müttəfiqlər üçün prioritet məsələdir.

Hocson qeyd edib: “Kanada alternativ neft təchizatına olan tələbatı ödəmək üçün ideal mövqedədir və bazardakı rolunu gücləndirməyə hazırdır. Dünya çarəsiz vəziyyətdədir və etibarlı təchizatçıya ehtiyac var.”

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...