Norveç dünyada ilk tammiqyaslı gəmi tunelini inşa edir

Norveç dünyada ilk tammiqyaslı gəmi tunelini inşa edir

DÜNYA
118

Fins.az - Norveç dünyada ilk tammiqyaslı gəmi tunelinin tikintisini həyata keçirir.

“Stad” adlanan tunel üçün maliyyələşdirmə prosesi artıq tam başa çatdırılıb.

Layihəyə əsasən, tunel Norveçin şimal-qərbində yerləşən Stad yarımadasının qayalıqlarından keçəcək və iri okean gəmilərinin hərəkəti üçün nəzərdə tutulacaq.

Tunelin əsas məqsədi təhlükəli hava və dəniz şəraiti ilə tanınan Stadhavet akvatoriyasından yan keçərək gəmiçiliyin təhlükəsizliyini artırmaqdır.

Layihəyə Norveç Sahil Administrasiyası rəhbərlik edir və o, ölkənin ən mühüm dəniz infrastrukturu təşəbbüslərindən biri hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Norveç dünyada ilk tammiqyaslı gəmi tunelini inşa edir — Fins.az — Fins.az