Nokia Rusiyadan tamamilə çıxdığını elan edib

Nokia Rusiyadan tamamilə çıxdığını elan edib

DÜNYA
1,900

“Nokia” Rusiyada biznesini məhdudlaşdırdığını açıqlayıb.

"Fins.az"xəbər verir ki, martın 2-də Finlandiyanın şəbəkə avadanlığı istehsalçısı sanksiyalara görə Rusiyaya tədarükləri dayandıracağını bəyan edib.

"Nokia Rusiya bazarından çıxır, lakin bu, bizim maliyyə perspektivimizə təsir etməyəcək", - Nokia-nın mətbuata açıqlamasında deyilir.

Son həftələrdə şirkət tədarükləri dayandırdı, yeni investisiyaları dayandırdı və R&D fəaliyyətlərini Rusiyadan kənara köçürdü. “İndi biz Rusiya bazarından çıxdığımızı elan edə bilərik. Bu proses boyu bizim prioritetimiz işçilərin təhlükəsizliyi və rifahı olaraq qalır”, deyə  Nokia-dan bildilir. 

2021-ci ildə Rusiya Finlandiya istehsalçısının satışlarının 2%-dən azını təşkil edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nokia Rusiyadan tamamilə çıxdığını elan edib — Fins.az — Fins.az