Nobel mükafatı laureatı Stiqlitsin Fed narahatlığı

Nobel mükafatı laureatı Stiqlitsin Fed narahatlığı

DÜNYA
775

Nobel mükafatlı iqtisadçı Cozef Stiqlitz son vaxtlar onu ən çox narahat edən məsələnin FED-in sürətli və həddindən artıq addımları olduğunu bildirib. "Unutmayaq ki, pul siyasətinin qüvvəyə minməsi üçün 18 ay lazım idi", - Stiqlitz qeyd edib.

"Fins.az" xəbər verir ki,Nobel mükafatı laureatı iqtisadçı Cozef Stiqlitz enerji qiymətlərinin uzunmüddətli perspektivdə azalma sürəti qazanacağını və gələcəkdə deinflyasiya prosesinin olacağını bildirib.

Bu mərhələdə sözügedən prosesin vaxtı ilə bağlı dəqiq bir proqnoz verməyən Stiglitz, onu narahat edən məsələnin FED-in sürətli və həddən artıq çox addım atması olduğunu bildirib.

İnflyasiyanın böyük hissəsi təklif tərəfdən gəlir. Ukraynadakı müharibə səbəbindən enerji və neft qiymətləri yüksəlib. Bu başa düşüləndir, lakin çox da uzun olmayan müddətdə qiymətlər geri qayıdacaq.

Bizim məhdudiyyətsiz bərpa olunan enerji istehsal etmək imkanımız var. Belə getsə, neftin bir barelinin 40-50 dollarından danışılacaq. Gələcəkdə dezinflyasiya görəcəyik, amma bunun nə vaxt olacağını bilmirəm.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nobel mükafatı laureatı Stiqlitsin Fed narahatlığı — Fins.az — Fins.az