
Nissan 2025 maliyyə ilində gözlənilən zərərdən qaçaraq mənfəət əldə edib
Fins.az - Yaponiyanın avtomobil istehsalçısı Nissan Motor 2025 maliyyə ilini gözlənilənin əksinə olaraq zərərlə deyil, əməliyyat mənfəəti ilə başa vurub.
Şirkətin açıqladığı ilkin məlumatlara əsasən, mart 2026-da başa çatan maliyyə ilində əməliyyat mənfəəti 50 milyard yen (təxminən 314 milyon dollar) təşkil edib.
Qeyd edək ki, Nissan fevral ayında 60 milyard yen həcmində əməliyyat zərəri proqnozlaşdırmışdı. Lakin son nəticələr bu gözləntilərin özünü doğrultmadığını göstərib.