Nikita Tszyu WBO International kəmərini qazanıb

Nikita Tszyu WBO International kəmərini qazanıb

DÜNYA
355

Fins.az - Avstraliyalı boksçu Nikita Tszyu WBO International kəmərini qazanıb.

O, Nyukasl şəhərində keçirilən turnirin əsas döyüşündə ispaniyalı Oscar Diaz üzərində qələbə qazanıb.

Altıncı raunddan sonra Diazın komandası döyüşü davam etdirməkdən imtina edib və bununla da qələbə Tszyuya verilib.

Beləliklə, 28 yaşlı boksçu peşəkar karyerasında 12-ci qələbəsini (10-u nokautla) əldə edib. 25 yaşlı Diaz isə 16 qələbədən sonra ilk məğlubiyyətini alıb.

Qeyd edək ki, Nikita Tszyu keçmiş mütləq dünya çempionu Kostya Tszyunun oğludur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nikita Tszyu WBO International kəmərini qazanıb — Fins.az — Fins.az