Nigeriyada vəbadan ölənlərin sayı 74 nəfərə çatıb

Nigeriyada vəbadan ölənlərin sayı 74 nəfərə çatıb

DÜNYA
85

Fins.az - Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında vəba xəstəliyindən ölənlərin sayı 74 nəfərə yüksəlib.

Məlumata görə, may ayından etibarən qeydə alınan yoluxma hallarının sayı 7 min 850-yə çatıb.

Xəstəlik ştatın 36 rayonuna yayılıb və yoluxmaların yarıdan çoxu Borno ştatının paytaxtı Mayduquri şəhərində qeydə alınıb.

Rəsmilər və beynəlxalq təşkilatlar epidemiyanın yayılmasının qarşısını almaq məqsədilə su təchizatı, sanitariya və gigiyena sistemlərinin gücləndirilməsi istiqamətində tədbirlər görürlər.

Bununla yanaşı, xəstələrin qəbul edilməsi və müalicəsinin təşkili üçün səhiyyə müəssisələrinin hazırlıq səviyyəsi artırılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nigeriyada vəbadan ölənlərin sayı 74 nəfərə çatıb — Fins.az — Fins.az