Nigerdə ​​daşqınlar nəticəsində 50-dən çox adam ölüb

Nigerdə ​​daşqınlar nəticəsində 50-dən çox adam ölüb

DÜNYA
294

Son iki gündə Nigerdə​​ daşqınlar nəticəsində ən azı 52 nəfər ölüb.

Finss.az xəbər verir ki, bu barədə “ActuNiger” portalı məlumat yayıb.

Təbii fəlakət güclü yağışların yağdığı qərb rayonlarını əhatə edib.

Portalın məlumatına görə, xilasetmə işlərinə başlanılıb, qurbanların sayı dəqiqləşdirilir.

Təbii fəlakətin baş verdiyi ərazilərdə yollar dağılıb, əkin sahələri sıradan çıxıb.

Qeyd edək ki, Nigerdə iki həftə əvvəl ​​başlayan yağış mövsümü ən azı 94 nəfərin həyatına son qoyub, 93 nəfər yaralanıb, ümumilikdə 137 mindən çox insan zərər çəkib.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Nigerdə ​​daşqınlar nəticəsində 50-dən çox adam ölüb — Fins.az — Fins.az