
Neymar futbol qaydasında dəyişiklik təklif edib
Fins.az - Braziliyanın “Santos” klubunun hücumçusu Neymar futbol qaydalarından biri ilə bağlı dəyişiklik təklifi irəli sürüb.
Futbolçu bildirib ki, ofsayd qaydası yenidən nəzərdən keçirilməlidir. Onun fikrincə, “ofsayd yalnız yüksək ötürmələr zamanı tətbiq olunmalıdır, ayaqlara və ya sinədən aşağı ötürmələrdə isə bu qayda işləməməlidir”.
34 yaşlı Neymar 2025-ci ilin yanvarından “Santos”da çıxış edir. Onun klubla müqaviləsi 2026-cı ilin sonuna qədər nəzərdə tutulub. Transfermarkt məlumatına əsasən, futbolçunun bazar dəyəri 10 milyon avro təşkil edir.