
“New York Knicks” NBA çempionu olub
Fins.az - New York Knicks 2025/2026 mövsümünün NBA çempionu olub.
Final seriyasının beşinci oyununda Nyu-York təmsilçisi San Antonio Spursnı 94:90 hesabı ilə məğlub edib. Qarşılaşma San-Antonio şəhərində keçirilib.
Beləliklə, seriyada hesab 4:1 olub və çempionluq “New York Knicks”in payına düşüb.
Bu, klubun tarixində üçüncü NBA çempionluğudur. Komanda daha əvvəl 1970 və 1973-cü illərdə də titul qazanmışdı.
NBA tarixində ən çox çempionluq qazanan komanda isə 18 titul ilə Boston Celticsdır.