“Xocalı” gəmisi Yaponiyadan Avstraliyaya səfərini uğurla başa vurub

 “Xocalı” gəmisi Yaponiyadan Avstraliyaya səfərini uğurla başa vurub

DÜNYA
310

Fins.az - “AZCON Holding” şirkətlərindən olan ASCO-ya məxsus “Handysize” tipli “Xocalı” quru yük gəmisi Yaponiyadan Avstraliyaya həyata keçirdiyi səfəri uğurla tamamlayıb.

Məlumata görə, gəmi martın 22-də Yaponiyanın Tsukumi limanından götürdüyü sement yükünü Avstraliyanın Kvinana limanına çatdırıb və artıq yükboşaltma əməliyyatına başlayıb.

“Xocalı” gəmisi məhdudiyyətsiz üzmə imkanlarına malikdir. Onun dedveyti 38 min 593 ton, uzunluğu 180 metr, eni 30 metr, suya oturumu isə 10,47 metrdir. Gəminin maksimal sürəti 15,7 düyün təşkil edir.

Bu xüsusiyyətlər ona dayaz limanlara da sərbəst daxil olmaq imkanı verir və beynəlxalq yükdaşımalarında çevik əməliyyat aparılmasına şərait yaradır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Xocalı” gəmisi Yaponiyadan Avstraliyaya səfərini uğurla başa vurub — Fins.az — Fins.az