
“Milan” futbolçu Rafael Leau-nu satmaq niyyətindədir
Fins.az - İtaliyanın “Milan” klubu portuqaliyalı futbolçu Rafael Leau ilə yolları ayırmağa hazırlaşır. Bu qərar Leau-nun İtaliya çempionatı çərçivəsində “Latsio” ilə oyunda (0:1) əvəzlənməsindən sonra nümayiş etdirdiyi davranışla bağlıdır.
26 yaşlı hücumçu oyunun 66-cı dəqiqəsində əvəz edilib və baş məşqçi Massimiliano Alleqri-nin qərarından narazılığını göstərib. “Milan”ın qapıçısı Mayk Menyan onu sakitləşdirməyə çalışsa da, Leau qapıçını itələyib.
Leau-nun müqaviləsində 170 milyon avro məbləğində çıxış klauzulası nəzərdə tutulub, lakin klub onu 80 milyon avroya buraxmağa hazırdır. Leau 2019-cu ildən “Milan”da çıxış edir, 2021/22 mövsümündə İtaliya çempionu olub və ümumilikdə 284 oyunda 80 qol vurub.