
“Liverpul” Mersisayd derbisində “Everton”u məğlub edib
Fins.az - İngiltərə Premyer Liqasının 33-cü turunda Mersisayd derbisi baş tutub.
“Liverpul” öz meydanında “Everton”u qəbul edib və qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra “Liverpul” 55 xalla turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. “Everton” isə 47 xalla 10-cu yerdədir.