
BVF və Dünya Bankının 2029-cu il toplantıları Əbu-Dabidə keçiriləcək
Fins.az - Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankının 2029-cu il üzrə illik toplantıları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək.
Qərar hər iki təşkilatın idarə heyətlərinin səsverməsi nəticəsində qəbul edilib.
Qeyd olunur ki, BƏƏ daha əvvəl 2003-cü ildə Dubay şəhərində bu beynəlxalq maliyyə qurumlarının illik toplantılarına ev sahibliyi edib.