
NBA finalının biletləri 100 min dollardan baha qiymətə satılır
Fins.az - NBA final seriyasında “Nyu-York Niks” və “San-Antonio Spörs” komandalarının oyunlarına biletlərin qiyməti rekord səviyyəyə yüksəlib.
Məlumata görə, bəzi azarkeşlər biletləri təkrar satış platformalarında 100 min dollardan artıq qiymətə təklif edirlər.
Hətta Nyu-Yorkdakı “Medison Skver Garden” arenasının uzaq sektorlarda yerləşən yerləri də bir neçə min dollara satışa çıxarılıb.
Mütəxəssislər belə yüksək qiymətləri final oyunlarına böyük maraq və biletlərə olan tələbatın artması ilə əlaqələndirirlər.