Navalnının mənzilinə və hesablarına həbs qoyuldu

Navalnının mənzilinə və hesablarına həbs qoyuldu

DÜNYA
1,132

Hazırda Almaniyada müalicə alan rusiyalı müxalif bloger Aleksey Navalnının Moskvadakı mənzilinə həbs qoyulub.

Bu barədə onun mətbuat katibi Kira Yarmış məlumat yayıb.

Onun sözlərinə görə, bu, “Moskva məktəblisi” şirkətinin Navalnının rəhbəri olduğu Korrupsiyaya qarşı Mübarizə Fondunu 2019-cu ildə məhkəməyə verməsi ilə bağlıdır.

“Avqustun 27-də məhkəmə icraçıları Marinoda onun payına düşən mənzildə qeydiyyat fəaliyyətinin qadağan olunduğunu elan ediblər. Bu o deməkdir ki, mənzili satmaq, hədiyyə etmək və girov qoymaq olmaz. Eyni zamanda Alekseyin hesablarına həbs qoyulub”, - Yarmış bildirib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Navalnının mənzilinə və hesablarına həbs qoyuldu — Fins.az — Fins.az