NATO-nun Gürcüstanla əməkdaşlığı yenidən qiymətləndirilib

NATO-nun Gürcüstanla əməkdaşlığı yenidən qiymətləndirilib

DÜNYA
407

Fins.az - 2024-cü il parlament seçkiləri və sonrakı hadisələr fonunda NATO müttəfiqləri Gürcüstanla əməkdaşlığı yenidən nəzərdən keçiriblər. Bu məsələlər alyansın illik hesabatında əksini tapıb.

NATO-nun baş katibi Mark Ruttenin 2025-ci il hesabatında qeyd olunur ki, həmin hadisələrin nəticəsi olaraq “NATO-Gürcüstan Əsas Paketi”nin bəzi aspektləri də daxil olmaqla, əməkdaşlığın elementləri prioritet baxımından yenidən müəyyən edilib.

Hesabata görə, Gürcüstan Müdafiə Qüvvələri ilə müdafiə sahəsində əməkdaşlıq irəliləyib və bu, may ayında keçirilən NATO-Gürcüstan təlimlərində öz əksini tapıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
NATO-nun Gürcüstanla əməkdaşlığı yenidən qiymətləndirilib — Fins.az — Fins.az