
NATO: ABŞ-nin Avropadakı hərbi gücünün azalması Alyansı gücləndirə bilər
Fins.az - NATO bəyan edib ki, ABŞ-nin Avropadakı hərbi gücünü azaltması uzunmüddətli perspektivdə Alyansın güclənməsinə töhfə verə bilər.
Məlumata görə, NATO-nun sözçüsü Ellison Hart ABŞ-nin Avropadakı əməliyyatlar üçün nəzərdə tutulan təyyarə və hərbi gəmilərin sayını azaldacağını təsdiqləyib.
Bildirilib ki, bu addım Alyansı daha dayanıqlı və balanslaşdırılmış təhlükəsizlik modelinə yönəldə bilər.
NATO rəsmisi vurğulayıb ki, dəyişikliklər uzunmüddətli strateji planlaşdırma çərçivəsində həyata keçirilir və Alyansın müdafiə qabiliyyətini zəiflətmək məqsədi daşımır.