NASA: Aya pilotlu missiya üçün daha çox araşdırmaya ehtiyac var

NASA: Aya pilotlu missiya üçün daha çox araşdırmaya ehtiyac var

DÜNYA
167

Fins.az - NASA-nın Ayda baza qurulması proqramının rəhbəri Karlos Qarsia-Qalan bildirib ki, ABŞ-nin Aya pilotlu missiya göndərməsi və orada baza tikintisinə başlaması üçün mövcud məlumatlar kifayət etmir.

Onun sözlərinə görə, alimlər Ayın səthi, xüsusilə də cənub qütbü barədə əhəmiyyətli həcmdə məlumat əldə etsələr də, bu biliklər insanların təhlükəsiz şəkildə ora göndərilməsi və uzunmüddətli fəaliyyətin təmin olunması üçün yetərli deyil.

Qarsia-Qalan vurğulayıb ki, gələcək kosmik missiyalar Ayın geoloji xüsusiyyətləri, resursları və yaşayış üçün yararlılığı barədə daha ətraflı məlumat toplamağa yönələcək.

NASA hesab edir ki, bu tədqiqatlar Ayda daimi bazanın yaradılması istiqamətində növbəti addımlar üçün əsas rol oynayacaq.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
NASA: Aya pilotlu missiya üçün daha çox araşdırmaya ehtiyac var — Fins.az — Fins.az