Myanmada nəhəng yaqut aşkarlanıb

Myanmada nəhəng yaqut aşkarlanıb

DÜNYA
439

Fins.az - Myanmarda 2,2 kiloqram, yəni təxminən 11 min karat ağırlığında nəhəng bənövşəyi-qırmızı yaqut tapılıb.

Məlumata görə, yerli hakimiyyət orqanları bu qiymətli daşı olduqca nadir və iri tapıntı kimi qiymətləndirir. Bildirilir ki, daş rəngi və keyfiyyətinə görə 1996-cı ildə aşkar edilən 21,45 min karatlıq yaqutdan daha qiymətli hesab olunur.

Qiymətli daşın bazar dəyəri hələ açıqlanmayıb.

Qeyd edək ki, 2015-ci ildə Myanmada tapılmış 25,59 karatlıq yaqut Sotheby’s hərracında 30,33 milyon dollara satılmışdı.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Myanmada nəhəng yaqut aşkarlanıb — Fins.az — Fins.az