
Myanma Prezidenti gələn həftə Çinə səfər edəcək
Fins.az - Myanma Prezidenti Min Aun Xlayn iyunun 15-dən 19-dək Çin Xalq Respublikasına dövlət səfəri edəcək.
Bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Szyan məlumat verib.
Səfər Çin Prezidenti Si Cinpinin dəvəti ilə həyata keçiriləcək.
Məlumata görə, səfər çərçivəsində Min Aun Xlayn və Si Cinpin arasında ikitərəfli görüş və danışıqlar keçiriləcək.