
Moskva OPEC-dən çıxmaq variantını nəzərdən keçirmir
Fins.az - Rusiya tərəfi Birləşmiş Ərəb Əmirliklərinin OPEC və OPEC+ alyansından çıxmaq qərarına hörmətlə yanaşdığını bildirib və bunu suveren addım kimi qiymətləndirib.
Kreml sözçüsü Dmitri Peskovun açıqlamasına görə, Moskva Əbu-Dabinin enerji bazarlarına məsuliyyətli yanaşmasını və ikitərəfli koordinasiyanı davam etdirmək niyyətini müsbət qarşılayır.
Eyni zamanda Rusiya OPEC-dən çıxmaq ehtimalını gündəlikdə saxlamadığını açıqlayıb. Peskov vurğulayıb ki, Moskva belə bir variantı nəzərdən keçirmir.
O əlavə edib ki, Rusiya OPEC+ formatını qlobal enerji bazarında sabitliyi qoruyan mühüm mexanizm kimi qiymətləndirir və bu əməkdaşlığın davam edəcəyinə ümid edir.