“Montenegro Airlines” ciddi maliyyə itkisi ilə qarşılaşıb

“Montenegro Airlines” ciddi maliyyə itkisi ilə qarşılaşıb

DÜNYA
722

“Montenegro Airlines”, Belqrad aeroportunda eniş qadağasından sonra, ciddi maliyyə itkisi ilə qarşılaşıb.

Fins.az xəbər verir ki, Serbiya hökumətinin Belqraddakı Nikola Tesla hava limanına eniş hüququnu dayandırması qərarı nəticəsində Monteneqro Hava Yollarının flaqman şirkəti ciddi ziyan görüb. Bu barədə şirkətin baş direktoru Vlastimir Ristiç məlumat verib: “Bu istiqamət turizm və iqtisadi inkişaf üçün çox vacibdir. Qadağaya görə, çox böyük ziyan çəkirik”.

Mayın 27-də Serbiya Mülki Aviasiya Təşkilatı Monteneqro Hava Yollarının Belqrad Nikola Tesla hava limanına enmə hüququnun dayandırıldığını bildirib. Bir gün əvvəl isə Monteneqro hökuməti vətəndaşları üçün giriş qadağasını ləğv etdiyi ölkələrin siyahısını açıqlamışdı (Azərbaycan vətəndaşları icazəsi olanların arasındadır). Serbiya isə bu siyahıda deyil. (Azertac)

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Montenegro Airlines” ciddi maliyyə itkisi ilə qarşılaşıb — Fins.az — Fins.az