Monqoliyanın baş naziri istefa verdi

Monqoliyanın baş naziri istefa verdi

DÜNYA
477

Fins.az - Monqoliyanın baş naziri Gombojavın Zandanşatar vəzifəsindən istefa etmək üçün müraciət edib. Bu barədə onun katibi Yanguuğin Sodbaatar məlumat verib.

Məlumata görə, Monqol Xalq Partiyasının (MXP) şurasında sosial-iqtisadi vəziyyət və parlamentin işinin dayandırılması ilə bağlı məsələlər müzakirə olunarkən, baş nazir öz təşəbbüsü ilə istefa ərizəsini təqdim edib.

MXP şurası Zandanşatarın ərizəsini qəbul edib, partiyanın fraksiyası isə məsələyə qanuna uyğun qərar verəcək. Qərar parlamentin komitələri və deputatlar tərəfindən plenar iclasda təsdiqlənəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Monqoliyanın baş naziri istefa verdi — Fins.az — Fins.az