Monblan zirvəsində itkin düşən italiyalı və koreyali alpinistlərin meyitləri tapılıb

Monblan zirvəsində itkin düşən italiyalı və koreyali alpinistlərin meyitləri tapılıb

DÜNYA
200

İtaliyanın şimal-şərqindən keçən Alp dağlarında hündürlüyü 4810 metr olan Monblan zirvəsinə qalxan zaman itkin düşən italiyalı alpinistlərin meyitləri tapılıb.

Finss.az xəbər verir ki, meyitlər dəniz səviyyəsindən 4500 metr yüksəklikdə, Fransa tərəfində “Mur de la Cote” bölgəsindəki Monblan zirvəsinə aparan sıldırım yamacda aşkar edilib. İtaliyalı cütlüyün altı gün əvvəl zirvəyə qalxmaq üçün yola düşdüyü, şənbə günü əlverişsiz hava şəraiti səbəbindən dəniz səviyyəsindən 4600 metr hündürlükdə köməksiz vəziyyətdə qaldıqları bildirilib.

Həmin gün itkin düşən iki koreyalı alpinistin meyitləri də fransalı xilasedicilər tərəfindən aşkar olunub.

Kaira Agayeva 

Finss.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Monblan zirvəsində itkin düşən italiyalı və koreyali alpinistlərin meyitləri tapılıb — Fins.az — Fins.az