
Moldova 2027-ci ildə MDB-dən çıxacaq
Fins.az - Moldova 2027-ci ilin aprelində Müstəqil Dövlətlər Birliyindən (MDB) rəsmi olaraq çıxacaq.
Ölkənin xarici işlər naziri və baş nazirin müavini Mixay Popşoyun sözlərinə görə, müvafiq rəsmi bildiriş artıq təşkilatın katibliyinə göndərilib.
Nazir bildirib ki, proses 2027-ci il aprelin 8-də – bildirişin təqdim olunmasından bir il sonra tamamlanacaq və bu tarixdə Moldova MDB üzvlüyünü rəsmi şəkildə dayandırmış olacaq.