MOL NIS ilə bağlı danışıqların tamamlanması üçün əlavə vaxt istəyib

MOL NIS ilə bağlı danışıqların tamamlanması üçün əlavə vaxt istəyib

DÜNYA
172

Fins.az - Macarıstanın MOL şirkəti NIS şirkətindəki Rusiya payının alınması ilə bağlı danışıqların yekunlaşdırılması üçün əlavə vaxt istəyib.

Məlumata görə, şirkət ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinə müraciət edərək danışıqların başa çatdırılması üçün əlavə 30 gün müddət verilməsini xahiş edib.

Serbiyanın mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Handanoviç bildirib ki, MOL ilə “Qazprom” arasında aktiv danışıqlar davam edir.

Nazirin sözlərinə görə, əlavə vaxt tələbi tərəflərə mümkün razılaşmanın bütün detallarını yekunlaşdırmağa imkan verə bilər.

NIS Serbiyanın ən iri enerji şirkətlərindən biri hesab olunur və onun səhmdar strukturu ilə bağlı aparılan danışıqlar regionun enerji bazarında diqqətlə izlənilir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
MOL NIS ilə bağlı danışıqların tamamlanması üçün əlavə vaxt istəyib — Fins.az — Fins.az