Misirin xarici borcu 8,1 milyard dollar artıb

Misirin xarici borcu 8,1 milyard dollar artıb

DÜNYA
890

Misirin xalis xarici borcu ötən ilin dördüncü rübündə 8,1 milyard dollar artıb.

Bu barədə ölkənin Mərkəzi Bankının məlumatlarında deyilir.

Məlumata görə, Misirin ümumi xarici borcu 137,4 milyard dollardan 145,5 milyard dollara yüksəlib. Analitiklərin fikrincə, Rusiya-Ukrayna müharibəsi və ABŞ Federal Ehtiyat Sisteminin mart ayında faiz dərəcəsini artırması Misirin borclarını artırıb.

Hesabat dövründə ölkənin xarici borcu ümumi daxili məhsulun 33,2% ekvivalentində olub.

® reuters

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Misirin xarici borcu 8,1 milyard dollar artıb — Fins.az — Fins.az