Mirra Andreyeva Madriddə WTA 1000 turnirinin yarımfinalına yüksəlib

Mirra Andreyeva Madriddə WTA 1000 turnirinin yarımfinalına yüksəlib

DÜNYA
205

Fins.az - Rusiyalı tennisçi Mirra Andreyeva Madriddə keçirilən WTA 1000 turnirində yarımfinala vəsiqə qazanıb.

O, 1/4 final mərhələsində kanadalı Leyla Fernandes üzərində qələbə qazanıb. Qarşılaşma 7:6 (7:1), 6:3 hesabı ilə başa çatıb.

Dünya reytinqində 8-ci pillədə qərarlaşan Andreyeva hazırda rusiyalı tennisçilər arasında ən yüksək mövqeyə malikdir. Fernandez isə 25-ci sırada yer alır.

Yarımfinalda Andreyeva Aryna Sabalenka – Hailey Baptiste cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, turnir torpaq örtüklü kortlarda keçirilir. Yarışın son qalibi və üçqat çempionu dünya reytinqinin lideri Aryna Sabalenkadır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mirra Andreyeva Madriddə WTA 1000 turnirinin yarımfinalına yüksəlib — Fins.az — Fins.az