Mirra Andreeva Madriddə WTA 1000 finalını uduzub

Mirra Andreeva Madriddə WTA 1000 finalını uduzub

DÜNYA
343

Fins.az - Mirra Andreeva Madriddə keçirilən WTA 1000 turnirinin finalında məğlub olub.

Görüşdə o, ukraynalı tennisçi Marta Kostyuk ilə qarşılaşıb və 3:6, 5:7 hesabı ilə uduzub. Matç 1 saat 21 dəqiqə davam edib. Andreeva qarşılaşma zamanı iki setbol imkanından yararlana bilməyib.

Bu qələbə ilə Marta Kostyuk karyerasında ilk dəfə WTA 1000 kateqoriyalı turnirin qalibi olub. Qeyd edək ki, bu səviyyə qadın tennisində yalnız “Böyük Dəbilqə” yarışlarından sonra ikinci ən nüfuzlu turnirlər hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mirra Andreeva Madriddə WTA 1000 finalını uduzub — Fins.az — Fins.az