
“Milan” Alleqri ilə yollarını ayırıb
Fins.az - AC Milan klubunda rəhbərlik dəyişikliyi baş verib.
Məlumata görə, baş məşqçi Massimiliano Allegri vəzifəsindən uzaqlaşdırılıb və qərar dərhal qüvvəyə minib.
Bununla yanaşı, klubun baş icraçı direktoru Corco Furlani, idman direktoru İqli Tare və skaut şöbəsinin rəhbəri Ceffri Monkada da postlarını tərk ediblər.
Klub hələlik ayrılıqların səbəbi və yeni təyinatlarla bağlı rəsmi açıqlama verməyib.