"Milad bayramı dövründə Aİ-də terror hücumu riski çox yüksəkdir"

"Milad bayramı dövründə Aİ-də terror hücumu riski çox yüksəkdir"

DÜNYA
243

Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Yohansson bəyan edib ki, İsrail-Həmas müharibəsinin cəmiyyətdə yaratdığı qütbləşmə zorakılıq riskini artırır.

Fins.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyasının daxili işlər üzrə məsul üzvü Ylva Johansson qarşıdan gələn Milad bayramı dövründə Aİ-də "böyük terror hücumu riskinin" olduğunu söylədi.

Parisdə bir alman turistin bıçaqlanaraq öldürülməsi səbəbiylə bir araya gələn AİB Daxili İşlər Nazirləri toplantısından sonra açıqlama verən Yohansson, İsrail-Həmas müharibəsinin cəmiyyətdə yaratdığı qütbləşmənin şiddət riskini artırdığını bildirib. 

Bu məsələ ilə bağlı xəbərdarlığın səbəbləri barədə məlumat verməyən komissar Aİ-nin əlavə təhlükəsizlik üçün daha 30 milyon avro ayırdığını bildirib.

Almaniyanın daxili işlər naziri Nensi Faeser də Aİ-nin təhdidləri və təbliğatı "yaxından" izləməli olduğunu vurğuladı və "zorakılıq edən islamçı cinayətkarların daha emosional və radikallaşma riskinin" yüksək olduğunu söylədi.

Günel Məlikzadə
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Milad bayramı dövründə Aİ-də terror hücumu riski çox yüksəkdir" — Fins.az — Fins.az