
Microsoft ABŞ-də əməkdaşlarının 7%-nə erkən pensiya təklif edəcək
Fins.az - Microsoft şirkəti ABŞ-də çalışan əməkdaşlarının bir hissəsinə erkən pensiyaya çıxmaq təklifi hazırlayır.
Məlumata görə, bu təşəbbüs ölkə üzrə şirkət işçilərinin təxminən 7 faizini əhatə edəcək. Proqram çərçivəsində əməkdaşlara könüllü şəkildə işdən ayrılmaq müqabilində maliyyə kompensasiyası təklif olunacaq.
Bildirilir ki, bu, Microsoft-un yarım əsrlik tarixində ilk belə addımdır.
Şirkətin bu qərarı insan resurslarının optimallaşdırılması və struktur dəyişiklikləri ilə əlaqələndirilir.