
Micron-dan 40 milyard dollar investisiya
ABŞ-ın çip istehsalçısı Micron Technology, 2030-cu ilə qədər yaddaş istehsalına 40 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.
"Fins.az" xəbər verir ki,şirkətdən verilən açıqlamada, sözügedən investisiyanın ABŞ prezidenti Co Baydenin bu gün imzaladığı yerli yarımkeçirici istehsalının artırılmasına dair qanun çərçivəsindəki təşviqlərdən faydalanacağı bildirilib.
Açıqlamada, ictimaiyyət arasında "CHIPS (Amerika üçün Yarımkeçiricilər İstehsalına Yardımçı Təşviqlər Yaratmaq) və Elm Aktı" kimi tanınan qanun çərçivəsində qrantlar və kreditlər vasitəsilə investisiyanın ABŞ-da dünyanın ən qabaqcıl yaddaş istehsalına imkan verəcəyi vurğulanır.
Açıqlamada şirkətin 2025-ci ildən sonra istehsala başlamağı hədəflədiyi və sərmayənin 40 minə yaxın adamı işlə təmin edəcəyi bildirilib.
Fikirləri bəyanatda yer alan Micron Technology İcraçı Direktoru Sanjay Mehrotra, CHIPS və Elm Qanununu yarımkeçirici sənayesində ABŞ liderliyini möhkəmləndirmək yolunda mühüm addım kimi xarakterizə etdi.