
Messi dünya çempionatlarında məhsuldar ötürmə rekordunu yeniləyib
Fins.az - Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatları tarixində ən çox məhsuldar ötürmə edən futbolçu olub.
Təcrübəli hücumçu bu göstəricidə 1986-cı il dünya çempionu Diego Maradonanı geridə qoyub.
Messi dünya çempionatının 1/16 final mərhələsində Kabo-Verde yığmasına qarşı keçirilən görüşdə məhsuldar ötürmə müəllifi olub. Bununla da onun mundialların final mərhələlərində məhsuldar ötürmələrinin sayı doqquza çatıb.
Qeyd edək ki, dünya çempionatlarında məhsuldar ötürmələrin rəsmi statistikası 1966-cı ildən aparılır.