
Məşhur müğənni Bonni Tayler 75 yaşında vəfat edib
Fins.az - Uelsli məşhur müğənni Bonni Tayler 75 yaşında Portuqaliyada yerləşən xəstəxanada vəfat edib. Bu barədə ailəsi məlumat yayıb.
Məlumata görə, sənətçi son aylarda ciddi səhhət problemləri ilə mübarizə aparırdı. O, may ayında təcili bağırsaq əməliyyatı keçirmiş, daha sonra süni komaya salınmışdı. İyun ayında komadan ayılsa da, vəziyyəti ağır olaraq qalırdı və iyulun 8-də dünyasını dəyişib.
Bonni Tayler 1983-cü ildə ifa etdiyi “Total Eclipse of the Heart” mahnısı ilə dünya şöhrəti qazanıb. O, uzun illər ərzində rok və pop musiqisinin tanınmış simalarından biri kimi fəaliyyət göstərib.