Mənzil məsələsi iqtisadiyyat, miqrasiya və dayanıqlılıqla sıx bağlıdır - Patrik Kalaqasınlam

Mənzil məsələsi iqtisadiyyat, miqrasiya və dayanıqlılıqla sıx bağlıdır - Patrik Kalaqasınlam

DÜNYA
149

Dünyanın bütün regionlarında mənzil məsələsi artıq yalnız sosial siyasət çərçivəsində müzakirə olunan mövzu olmaqdan çıxaraq siyasi, iqtisadi və sosial gündəmin mərkəzinə çevrilib.

Fins.az xəbər verir ki, bu barədə UN-Habitat-ın Regional Proqramlar Bölməsinin direktoru Patrik Kalaqasınlam Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən “Mənzil qlobal koalisiyaların mərkəzində” adlı panel müzakirəsində bildirib.

O qeyd edib ki, qlobal iqtisadi sistemdə mənzil sektoru artıq məhsuldarlıq, miqrasiya, dövlət maliyyəsi və dayanıqlılıq kimi mühüm sahələrlə birbaşa əlaqəlidir və bu səbəbdən sistem xarakterli yanaşma tələb edir.

Patrik Kalaqasınlamın sözlərinə görə, mənzil məsələsi artıq ayrıca bir sektor problemi deyil, kompleks və çoxşaxəli bir qlobal çağırışdır.

O vurğulayıb ki, bu sahədə düzgün həllər tapılmadığı təqdirdə iqlim strategiyalarının effektivliyi, şəhər iqtisadiyyatlarının rəqabət qabiliyyəti, demoqrafik proseslərin idarə olunması və sosial həmrəyliyin qorunması ciddi risk altına düşə bilər.

UN-Habitat rəsmisi bildirib ki, məhz bu səbəbdən mənzil məsələsi qlobal koalisiyaların mərkəzində dayanmalı və ikinci dərəcəli mövzu kimi deyil, strateji prioritet kimi qəbul edilməlidir.

Qeyd edək ki, WUF13 mayın 17–22-də Bakıda keçirilir və şəhərsalma, dayanıqlı inkişaf və mənzil siyasəti üzrə qlobal müzakirələrə ev sahibliyi edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mənzil məsələsi iqtisadiyyat, miqrasiya və dayanıqlılıqla sıx bağlıdır - Patrik Kalaqasınlam — Fins.az — Fins.az