Məhşur markların sahibi məhsullarında karbonun azaldılmasına 1 milyard avro sərmayə qoyacaq

Məhşur markların sahibi məhsullarında karbonun azaldılmasına 1 milyard avro sərmayə qoyacaq

DÜNYA
548

400-dən çox brendin sahibi Unilever, təmizləyici məhsullarda tullantı  yanacaq əsaslı maddələrin azaldılması üçün 1 milyard avro sərmayə qoyacaq
Fins.az "blooberg"-ə istinadən xəbər verir ki, Persil, Domestos və Cif brendlərin sahibi olan Unilever məhsullarındakı tullantı yanacaq əsaslı xammalın 2030-cu ilə qədər sıfıra endirilməsi üçün 1 milyard avro sərmayə yatıracaq.

2039-cu ilədək şirkətin məhsullarının karbon emissiyalarını sıfıra endirmək hədəfinin bir hissəsi olaraq Unilever'in "təmiz gələcək" təşəbbüsü qalıq yanacaq əvəzinə davamlı və yenilənə bilən xammalın istifadəsini nəzərdə tutur.

Ekoloji cəhətdən təmiz məhsulların inkişafı, yaxın 10 ildə "planetin sağlamlığını" yaxşılaşdırmağa yönəlmiş 1 milyard dollarlıq layihə investisiyalarının böyük bir hissəsini təşkil edir.

Marmite, Dove, Comfort və Sure kimi 400-dən çox brendin sahibi olan şirkət, məhsullarının paketlərindən qaynaqlanan "plastik dağları"-nı azaltmağı hədəfləyir.

Şirkətin təmizlik məhsullarının karbon izinin demək olar ki yarısı qalıq yanacaq əsaslı xammaldan qaynaqlanır və onların yenilənə bilən alternativlərlə əvəzlənməsi ətraf mühitə mənfi təsirlərin beşdə birini azaldır.

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Məhşur markların sahibi məhsullarında karbonun azaldılmasına 1 milyard avro sərmayə qoyacaq — Fins.az — Fins.az