
Mbappe dünya çempionatlarında yeni tarixi rekorda imza atıb
Fins.az - Fransa millisinin hücumçusu Kylian Mbappé futbol üzrə dünya çempionatları tarixində yeni rekorda imza atıb.
O, ardıcıl üç dünya çempionatının pley-off mərhələsində ən azı üç qol vuran ilk futbolçu olub.
2026-cı il dünya çempionatında Kylian Mbappé 1/16 finalda İsveç millisi ilə oyunda iki, 1/8 finalda isə Paraqvaya qarşı keçirilən görüşdə bir qol vurub.
Bundan əvvəl o, 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının pley-off mərhələsində üç, 2022-ci ildə Qətərdə təşkil olunan mundialın pley-offunda isə beş qol müəllifi olmuşdu.
2026-cı il dünya çempionatında qrup mərhələsi də daxil olmaqla Mbappenin qol sayı yeddiyə çatıb.