Mari Kürinin qeyd dəftərləri hələ də radioaktivdir

Mari Kürinin qeyd dəftərləri hələ də radioaktivdir

DÜNYA
151

Fins.az - Fransız alim Mari Kürinin elmi tədqiqatlarını əks etdirən qeyd dəftərləri bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, hələ də radioaktiv şüalanma yayır.

Mütəxəssislərin məlumatına görə, dəftərlərin səhifələri əsasən radium-226 maddəsi ilə çirkləndiyindən onlarla yalnız xüsusi təhlükəsizlik qaydalarına riayət edilməklə işləmək mümkündür.

Qeyd dəftərlərinin orijinal nüsxələri Fransa Milli Kitabxanasında qurğuşunla örtülmüş xüsusi qutularda saxlanılır.

Tədqiqatçılar bu materiallarla işləməzdən əvvəl radiasiya riski ilə bağlı xüsusi sənəd imzalayır və qoruyucu geyimdən istifadə edirlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Mari Kürinin qeyd dəftərləri hələ də radioaktivdir — Fins.az — Fins.az