
Mali prezidenti müdafiə naziri vəzifəsini öz üzərinə götürüb
Fins.az - Mali prezidenti və Silahlı Qüvvələrin ali baş komandanı Assimi Goïta müdafiə naziri vəzifəsini öz üzərinə götürüb.
Bu qərar əvvəlki müdafiə naziri Sadio Camaranın həlak olmasından sonra qəbul edilib. Müvafiq fərman dövlət televiziyasında elan olunub.
Rəsmi açıqlamada bildirilir ki, prezident həmçinin veteranlarla iş üzrə səlahiyyətləri də icra edəcək.
Bununla yanaşı, general-mayor Oumar Diarra Mali Müdafiə Nazirliyində nazirin müavini (nazir-delegat) təyin olunub.