
Maka Boçorişvili: Gürcüstan xalqının demokratik seçiminə hörmət edilməlidir
Fins.az - Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın bəyanatına münasibət bildirib.
Boçorişvilinin sözlərinə görə, Aİ-nin baş diplomatının Gürcüstan xalqının demokratik iradəsi ilə formalaşmış hökumətlə əməkdaşlıq etmək niyyətində olmadığını bildirməsi, eyni zamanda həmin xalqın dəstəyindən danışması təəssüf doğurur.
Nazir vurğulayıb ki, Gürcüstan xalqının demokratik seçiminə hörmət edilməli və ölkə ilə münasibətlər bu prinsip əsasında qurulmalıdır.