
Madridə Papa XIV Leonun messasına 1 milyondan çox insan toplaşıb
Fins.az - Papa XIV Leo tərəfindən Madridin mərkəzi meydanında keçirilən müqəddəs mərasimə 1 milyondan çox dindar toplaşıb.
Təşkilatçıların məlumatına görə, iştirakçıların sayı 1,2 milyonu ötüb və bu, son illərin ən böyük dini tədbirlərindən biri hesab olunur.
Mərasimdən əvvəl Papa xüsusi papamobil ilə şəhərin küçələrini gəzərək toplaşan insanları salamlayıb.
Hadisə Madridin əsas meydanında və ətraf küçələrdə böyük izdihamla müşahidə olunub.