Macarıstanın yeni Baş naziri Almaniyada səfərdə olub

Macarıstanın yeni Baş naziri Almaniyada səfərdə olub

DÜNYA
186

Fins.az - Macarıstanın yeni Baş naziri Peter Macyar Almaniyaya rəsmi səfər edib.

Berlində keçirilən görüşdə Almaniya Kansleri Fridrix Merts ilə ikitərəfli münasibətlər, Avropa siyasəti sahəsində əməkdaşlıq, Ukraynaya dəstəyin davam etdirilməsi və Avratlantik məkanın təhlükəsizliyi məsələləri müzakirə olunub.

Görüşdən sonra keçirilən mətbuat konfransında Fridrix Merts Avropanın təhlükəsizlik sahəsində ciddi çağırışlarla üzləşdiyini bildirib. O, Rusiyanın NATO üçün yaratdığı təhdidin və Ukraynada davam edən müharibənin bütün Avropa üçün mühüm məsələ olduğunu vurğulayıb.

Kansler həmçinin Budapeştin Ukraynadakı macar icmasının hüquqları ilə bağlı narahatlıqlarını başa düşdüklərini qeyd edib. Bununla yanaşı, o bildirib ki, bu məsələ Avropanın Ukraynaya dəstəyinə və Ukraynanın Avropa İttifaqına üzvlük prosesinə mane olmamalıdır.

Tərəflər Avropa təhlükəsizliyi və regional əməkdaşlığın gücləndirilməsi istiqamətində dialoqu davam etdirmək barədə razılığa gəliblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Macarıstanın yeni Baş naziri Almaniyada səfərdə olub — Fins.az — Fins.az