
Macarıstanda parlament seçkilərində səsvermə başa çatıb
Fins.az - Macarıstanda parlament seçkiləri üzrə səsvermə yerli vaxtla saat 19:00-da başa çatıb.
Seçki məntəqələri bağlanmazdan əvvəl ölkədə seçici fəallığının yüksək səviyyədə olduğu bildirilib.
Səsvermə nəticəsində Macarıstan vətəndaşları birpalatalı qanunverici orqanın yeni tərkibini müəyyən ediblər. Parlament 199 deputatdan ibarətdir.